ELM VƏ TƏHSİL 2020.10.12 17:21

Ali və orta ixtisas təhsili müəssisələrinə qeydiyyat müddəti uzadılıb

27

Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı