DÜNYA 2020.05.24 02:36

Alimlər vaksini öz üzərlərində sınaqdan keçirdi

48

Rusiya Səhiyyə Nazirliyinin Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVİD-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.

Bu barədə jurnalistlərə mərkəzin direktoru, REA-nın akademiki Aleksandr Ginzburq məlumat verib.

O bildirib ki, təcrübə uğurlu olub: immunitet var, mənfi təsirlər aşkar edilməyib.

Akademik özlərinə vaksin vuran həmkarlarının adlarını dəqiqləşdirməyib, lakin onun sözlərinə görə, onlar mərkəzin əməkdaşları, o cümlədən ilkin tədqiqatların təşkilatçıları və texnoloqlardır.

Ginzburq vurğulayıb ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir.

axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı