ƏSAS SƏHİFƏ

Alma şirəsiylə gözəlləşin

510

Meyvələrin dəriyə faydasını hamimiz bilirik. Nizamlı meyvə yeyərək, ya da təzə sıxılmış meyvə suları içərək, dəriniz üçün lazımlı vitaminləri ala və daha sağlam bir dəriyə sahib ola bilərsiniz.

Bu yazımızda sizlərə almanın faydalarından bəhs etmək istəyirik. İstər dişləyərək yeyin istər suyunu hazırlayıb için. Alma dəriniz üçün bir şəfa mənbəyidir.

1 ay ardıcıl olaraq hər gün alma suyu içdikdə dərinizdəki fərqə inana bilməyəcəksiniz.. Alma suyunu nar, portağal, naringi və yerkökü ilə birlikdə qəbul edə bilərsiz. Nəticə olaraq bu qış günlərində daha parlaq, canlı və gənc görünüşlü bir dəriyə sahib olacaqsınız.

Alma Şirəsinin Faydaları
Ən əhəmiyyətli xüsusiyyəti dərinizi gözəlləşdirməsi və cavanlaşdırmasıdır.
Yatmazdan əvvəl içilən alma suyu rahatlaşdırır və asan yuxuya getməyi təmin edir.
Həzmi asanlaşdırır və mədə ürək bulanmasını mane olur.
Ac qarnına içilən alma suyu qanı təmizləyir və toksinlərin atılmasına yardımçı olur.
Mədə yanmasına qarşı yaxşı təsir göstərir.
Yüksək miqdarda antioksidant daşıdığı üçün ürəyi gücləndirir və xərçəngdən qoruyur.
Pis kolestrol-u qarşısını alır.
Alma Suyu İçin
Alma suyu hazırlamaq üçün bərk meyvə seçmək lazımdır.

3 ədəd orta boy almadan 1 su stəkanı alma suyu çıxarmaq olar.

Almaları diqqətlə yuduqdan sonra dördə bölün və şirəcəkən maşına atın.

Alma suyunu əldə etdikdən sonra saxlamadan içməyiniz lazımdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı