DÜNYA 2020.10.10 21:15

Almaniya kəşfiyyatının keçmiş rəhbəri: “Gələcək nəsillərimizin Çin zavodlarında işləməsini istəmirəm”

41

Almaniyanin Federal sərhəd mühafizə xidmətində, habelə Federal konstitusiyanın müdafiəsi xidmətində yüksək vəziflər tutmuş, 2011-2016-cı illərdə isə Federal kəşfiyyat xidmətinin (BND) rəhbəri olmuş Gerhard Şindlerin kitabı ölkədə böyük hay-küy yaradıb.

Yerli “Bild” qəzetini məlumatına görə, “BND-dən kim qorxur” adlı həmin kitabınn nəşrinə yalnız Almaniya kanslerinin dəftərxxanası tərəfindən güclü redaktəyə məruz qalındıqdan sonra icazə verilib.

Gerhard Şindler qəzetə veridiyi müsahibədə rusiyalı müxalifətçi Aleksey Navalının məhz Rusiyanın hərbi kəşfiyyyatı tərəfindən zəhərlənə biləcəyi versiyası üzərində durduğunu söyləyib. Onun sözlərinə görə, SSRİ-nin güclü təhlükəszlik strukturu DTK dağıldıqdan sonra onun əsasında yaradılan Federal Təhlükəsizlik Xidməti (əks kəşfiyyat) və Xarici Kəşfiyyat Xidməti (xarici kəşfiyyat) daha çox önə çıxıb. Indi Müdafiə nazirliyinn Baş kəşfiyyat idarəsi isə özünü meydanda göstərməyə çalışır.

“Putin Rusiyanı əvvəlki gücünə qaytarmaq isrəyir. Buna görə də ona modernləşdirilmiş ordu lazımdır. Bu ordudan o, Krımın işğalında və Suriyada istifadə edib. Üstəlik, həmin ordular məhdudiyyətlərə məhəl qoymur. Bu isə olduqca təhlükəlidir”,-deyə G.Şindler bildirib.

Bütün bunlara rəğmən alman kəşfiyyatını keçmiş rəhbəri Çini Rusiyadan daha böyük təhlükə sayır. “Çin var gücü ilə dünyda bir nömrə olmağa çalışır. Almaniya rəsmi Pekinlə güclü iqtisadi əlaqələr yaratmaq istədiyi br vaxrda kommunist rejim yeni faktlar yaratmağa davam edir. İrəliyə baxdıqda Çinlə bağlı mövqeyimizin aydınlaşmalı olduğunu düşünürəm. Çünki mən bizim gələcək nəsillərin Çin müssəsisələrində çalışmasında maraqlı deyiləm”,-deyə G.Şindler qeyd edib.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı