ƏSAS SƏHİFƏ

ALMANİYA SƏFİRLİYİNDƏ İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

4.3K

Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi iyul ayının əvvələrinə qəbul-qeydiyyat şöbəsində yarımştat (həftədə 20 saat) iş üçün əməkdaş axtarır. Fəaliyyət aşağıda göstərilən tapşırıqları əhatə edir: – Səfirliyin təhlükəsisizlik qapılarının idarə olunması – Müsafirlərin qəbul olunması və müvafiq şöbəyə yönəldilməsi – Telefon və email vasitəsilə ümumi məlumatların verilməsi – Müxtəlif təşkilatı tapşırıqların məs.:daxil olan mətbuat materiallarının paylanması, ƏDV rəsmiləşdirilməsi, kuryer və telefon xərclərinin hesablanması, internet araşdırmalarının və s. həyata keçirilməsi – Ayrı-ayrı hallarda əlavə işlərın icrası Aşağıdakı şərtlərə cavab verilməlidir: – Yaxşı alman, azərbaycan və rus dili bilikləri, ingilis dilində baza biliklər – Müştərək iş qabiliyyəti və xidməti tələblərə uyğun olaraq işin çevik təşkili – Gərgin iş rejimi olduğu hallarda iş qabiliyyəti – Nəzakətli və yaxşı davranış, səliqəli görünüş, təklif edilir: * Birillik (12 ay) əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla * Çoxmillətli işçi kollektivində maraqlı iş Həm qadınlar həm də kişilər müraciətlərini göndərə bilərlər. Əlliyi olan ərizəçilərə qanuni əsaslara müvafiq olaraq üstünlük veriləcəkdir. Xahiş olunur müraciət ərizələrinizi (tərcümeyi hal və azərbaycan və alman dillərində yazılmış işə qəbul olmaq istəyinizi əsaslandıran məktub) 15 aprel 2015- ci il tarixinədək aşağıdakı ünvana göndərin: Almaniya Federativ Respublikasının Səfirliyi (Ausschreibung Telefonzentrale) ISR-Plaza Nizami küç. 69 AZ 1000 Bakı Azərbaycan vətəndaşı olmayan namizədlər əmək fəaliyyətinə icazə sənədini əlavə olaraq təqdim etməlidirlər. Xahiş olunur nəzərə alasınız ki, Səfirlik namizədlərə müraciət ərizələrinin daxil olmasını təsdiq edən məlumat göndərmir. Əlavə sualların olduğu təqdirdə buraya müraciət edə bilərsiniz: tel.:012/4654-100.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı