ELM VƏ TƏHSİL

Almaniyada ali təhsil məktəblərinin növləri

552

Bütün dünyada ABŞ və İngiltərədən sonra xarici tələbələrin ali təhsil üçün ən çox seçdikləri ölkə Almaniyadır. Bu da səbəbsiz deyildir, 421 pullu, az ödənişli və bir sıra pulsuz ali məktəbiylə Almaniya Avropanın həm texnoloji, həm də iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkəsidir. Əsrlərdir fəaliyyət göstərən bu ali məktəblərin elmdə çatdıqları ən son nailiyyətlərdən faydalanmaq, təcrübəyə yiyələnmək imkanını bu proqram vasitəsiylə əldə edə bilərsiniz.
Almaniyada ali təhsil məktəblərinin növləri:
Ümumi və Texniki Universitetlər – Ümumi Universitetlərdə əsasən teorik elmin tədrisinə fikir verilir. Bir çox fakültəyə malik universitetlər bir-birindən fərqli müxtəlif təhsil sahələrində fəaliyyət göstərirlər. Universitetlərdə fakültədən asılı olaraq həm ingilis, həm də alman dilində təhsil almaq mümkündür. Yalnız tibb və hüquq sahələrində təhsil ancaq alman dilindədir.
Tətbiqi elmlər Universitetləri – əvvəlki adı Fachhochschule olan bu ali təhsil ocaqları son bir neçə ildə Almaniya təhsil sistemində aparılan islahatlar nəticəsində beynəlxalq Bolonya sisteminə keçərək, ümumi universitetlərdən fərqli olaraq praktikaya önəm verən fakültələrə sahibdir. Hazırda həm bakalavr, həm də magistratura pillələrində bu universitetlərdə təhsil almaq mümkündür.
Kanservatoriyalar və İncəsənət Universitetləri – Almaniyada bir sıra musiqi, film, dizayn və s. kimi incəsənət növlərini tədris edən ali məktəblər mövcuddur. Digərlərindən fərqli olaraq burada tələbələr yalnız qabiliyyət imtahanını keçərsə ali məktəbə qəbul olunurlar. Qəbulda əvvəldən hazırlanmış portfolio da əsas rol oynayır.
Özəl Universitetlər – Dövlət universitetlərindən fərqli olaraq özəl universitetlər ödənişlidir və 2000 avrodan başlayan illik ödənişlərlə burada təhsil almaq mümkündür.
Universitetlərdə oxumaq üçün şərtlər:
Bir başa 1-ci semestrdən universitetə başlamaq yaxud keçid (perevod) etmək üçün tələbə Azərbaycanda TQDK qəbul imtahanını vermiş və arzu olunan fakültəyə qəbul olunaraq ən azı 1 il yarım orada oxumuş olmalıdır. Buna səbəb Azərbaycan orta məktəb sisteminin alman sisteminə uyğun gəlməməsidir. Almaniyada şagirdlər məktəbi bitirib attestat aldıqdan sonra, 2 il Abitur (azərbaycancadakı abituriyent sözü buradan gəlir) adlanan məktəb oxuyur və sonra qəbul imtahanı verərək universitetdə oxumağa haqq qazanırlar. Yəni 12 il (bir neçə il əvvəl 13 il idi ) məktəb oxumuş olurlar. Ona görə də, azərbaycanlı abituriyentlərin çatışmayan Abitur ilini universitetdə oxunan ilk illə əvəzləyirlər. TQDK imtahanını verməmiş orta məktəb məzunları Studienkolleg adlanan, bir növ xaricilər üçün almanların oxuduğu Abituru əvəz edən 1 illik hazırlıq ilini oxumalı və qəbul imtahanına girməlidirlər.
Studienkolleg
Studienkollegə qəbul olmaq üçün əsas şərt az da olsa alman dilini bilməkdir. Almaniyaya gəldikdən sonra – Studienkollegə başlamazdan əvvəl alman dili bilikləri daha da yaxşılaşdırılıb imtahan verilir və Studienkollegə başlamağa haqq qazanılır. Adətən Studienkolleg 1 ildən ibarət olur, lakin bir neçə tələbəmiz sürətli oxuyaraq 6 aya da Studienkollegi bitirməyi bacarıblar. İmtahan TQDK imtahanında olduğu kimi gələcəkdə oxunulacaq olan sahəyə uyğun fənnlər üzrə aparılır. Universitetə hazırlıq ili olan Studienkolleg sistemi artıq bir neçə əyalətdə ləğv olunmuş, əvəzinə isə hələlik heç bir sistem gətirilməmişdir. Hazırda alman təhsil sistemində islahatlar aparılır və tələbələrin yaxın illərdə birbaşa universitetə qəbul oluna bilməsi üçün qanunlar hazırlanır. İndiki zamanda, azərbaycanlı orta məktəb məzunları Almaniyada universitetə qəbul ola bilmək üçün ya Azərbaycanda TQDK imtahanını verib arzu olunan fakültəyə qəbul olmalı, ya da Almaniyaya Alunatpro vasitəsiylə TQDK imtahanını keçərək 1 illik təhsildən sonra 1 illik Studienkolleg adlanan hazırlığı oxuyub qəbul imtahanını verməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı