Almaniyada koronavirusa yoluxanların sayı artıb

29
Almaniyada son bir gündə 9019 nəfər koronavirus infeksiyasına yoluxub, 418 pasiyent dünyasını dəyişib.
Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 460 030
yoluxma halı aşkarlanıb, 70 881 ölüm faktı qeydə alınıb.
İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.
