MƏDƏNİYYƏT 2020.02.29 01:47

“Altın Kelebek” yenə təxirə salındı

79

46-cı dəfə keçirilməsi nəzərdə tutulan Türkiyənin məşhur “Altın Kelebek” mükafatlandırma gecəsi təxirə salınıb.

Buna səbəb İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçunun şəhid olmasıdır. Şəhid xəbərlərindən sonra bu gün baş tutması gözlənilən gecənin keçirilməsinin doğru olmadığı bildirilib.

Qeyd edək ki, dekabrın 8-də baş tutması nəzərdə tutulan mükafatlandırma gecəsi Türkiyənin məşhur aparıcıları Didem Arslan Yılmaz (Habertürk TV), İrfan Değirmenci (Halk TV) və Fatih Portakal ( Fox TV) tərəfindən boykot edildiyi üçün təxirə salınmışdı.

“Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə isə xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Gülay Zeynallı, Sevda Yahyayeva, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva mübarizə aparırdı.

Tədbirdə Azərbaycanı təmsil etmək üçün xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva artıq İstanbuldadır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı