ELM VƏ TƏHSİL 2020.09.17 13:40

AMEA-da I kurs magistrantların dərsinə oktyabrın 1-dən ənənəvi qaydada başlanacaq

19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında I kurs magistrantların tədris prosesi oktyabrın 1-dən etibarən ənənəvi formada başlayacaq.

Akademiyadan verilən məlumata görə, sentyabrın 15-dən II kurs tələbələrin fərdi tədris planlarında nəzərdə tutulmuş fənlərin tədrisi ilə başlanılıb.

AMEA-nın magistraturasının I kursunda 13 ixtisas, 40 ixtisaslaşma üzrə 56 magistrant, II kursunda isə 22 ixtisas, 75 ixtisaslaşma üzrə 121 magistrant təhsil alır. Beləliklə, hazırda AMEA-nın magistraturasında 23 ixtisas, 81 ixtisaslaşma üzrə 177 magistrant təhsil alır.

 

AMEA rəhbərliyi tərəfindən magistratura pilləsində təhsilin müvafiq norma və qaydalara uyğun həyata keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı