Amerika sahillərində yeni tropik qasırğa formalaşıb

Atlantik okeanda, Cənubi Amerika sahilləri yaxınlığında və Karib dənizində “Mariya” tropik fırtınası formalaşıb. Bu barədə ABŞ Qasırğa Xəbərdarlıq Mərkəzi məlumat yayıb.

Hazırda fırtına saatda 32 km sürətlə qərb istiqamətdə hərəkət edir. Bununla bərabər, meteoroloqlar fırtınanın güclənəcəyi və gələn həftə qasırğaya çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər. Gələn həftənin ortalarında “Mariya” Virciniya adaları və Puerto-Rikoya çatacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here