ABŞ-ın Texas A&M Universitetinin professoru Kevin Ellslə “Türk Evi”ndə maraqlı görüş olub. “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlünün də iştirak etdiyi görüşdə amerikalı professorun Azərbaycan Türkcəsində, azərbaycanlı gənclərin ingilis dilində ünsiyyət qurması maraqlı anlar yaradıb.
Görüş zamanı ABŞ-da təhsil, iş imkanları, ABŞ-Azərbaycan, ABŞ-Türkiyə arasında münasibətlər və s. ən müxtəlif mövzularda müzakirələr aparılıb.
