BAXIŞ BUCAĞI

Ana dilimizi sevək və sevdirək

1.5K

Bu gün dünyada “Beynalxalq ana dili” günü kimi qeyd olunur.Nəzərə alsaq ki, dünyada məhv olma təhlükəsində olan dillər var belə bir günün yaradılması əlamətdar hesab etmək olar.Ana dili hər bir xalqın, millətin varlığıdır.Tarix boyu dilimiz müxtəlif təcavüzlərə məruz qalsada, zaman-zaman müxtəlif imperiyaların əsarəti altına düşsə də, Azərbaycan xalqı heç vaxt dilindən imtina etməyib, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlayıb.

Dil insanlar arasında nəinki ünsiyyət, həm də ədəbi-mədəni irsin nəsillərdən-nəsillərə ötürülməsi ücün vasitədir.Hər bir millətin varlığın yaşaması onun dilindən də cox asılıdır.Ona görə də dil amilinə lageydlik, biganəlik olmaz.Lakin bugün dilimizlə baqlı bir sıra problemlərlə rastlaşırıq.Bu problemlər nələrdir?Bu problemlərin yaranma səbəbi nədir?Biz bu problemləri aradan qaldıra bilərikmi?

Bəli,bugün dilimizdəki ən böyük problemlərdən biri,dilimizə xarici sözlərin daxil olmasıdır.Buların əksəriyyıtini rus sözləri təşkil edir.İnsanların əksəriyyəti danışan zamanı əcnəbi söz işlətməyi kübarlıq kimi hesab edirlər.Lakin bu düzgün formalaşmış fikir deyil.Biz İslam dinini əsrlər əvvəl qəbul etdikdən sonra dilimizə ərəb sözləri kecdi və həmin sözlər artıq lüğət tərkibimizə daxil oldu.Ancaq bu gün dilimizə artıq Avropadanda alınma sözlər daxil olur.Bunun səbəbi belə sözlərin yayılmasına qarşı,kütləvi istifadəyə qarşı tədbirlərin görülməməsi,maarifləndirmənin düzgün şəkildə aparılmaması da buna səbəb olur.

Kimsə hardansa bir əcnəbi söz eşidir və mənasını belə bilmədən kortəbii şəkildə istifadə edir.Buda cəmiyyət icində geniş vüsət alır.Bəzən də öz dilimizdə çox səlis danışan,başqa dildə olan sözün öz dilimizdəki qarşılığını istifadə edənlərədə pis baxırlar,o da məcbur əcnəbi sözdən istifadə edir.Bu da birbaşa ictimai təfəkkürün zəif olmasıyla bağlıdır.

Dilimizə düşən əsas viruslar ilk dəfə özəl telekanallar formalaşanda yaranmağa başladı.İnsan hansı dildə təhsil alırsa,o dildə düşünür,ifadə edəndə də bu özünü göstərir. Çox təəssüflər olsun ki,bu gün bəzi qəzet və jurnallarda,idarə və müəssisələrdə,ali və orta ixtisas məktəblərində dilimizdəki söz və mürəkkəb adların düzgün yazılışına,televiziya kanallarında gedən verilişlərdə isə sözlərin düzgün tələffüzünə lazımınca diqqət yetirilmir.Reklam və elanların dili də bu mənada heç də ürəkaçan deyil.

Bu gün mağazalara “Çeburaşka”,”Maloçka” kimi adlar qoyulur.Bu dilimizə qarşı hörmətsizlikdir.Bütün bu obyektlər ana dilimizdə adlanmalıdır.Bəzi tərcüməsi olmayan isimləri yox,digər sözləri mütləq ana dilimizdə yazmalıyıq.

Təbii ki, Azərbayacan dili zəngin dildir.Dilimizdə istənilən əcnəbi sözə qarşılıq olacaq söz tapmaq mümkündür.Düzdür,ola bilər ki,hansısa azsaylı sözlərə qarşılıq tapılmasın ama bu da cəmi 1-2% təşkil edir.Qalan hallarda isə istənilən əcnəbi sözü əvəz edə bilən sözlərimiz var.

Bəs dilimizdəki bu problemləri nece aradan qaldiraq?Bizim öhdəmizə nələr düşür?Bununla baqli gənclərin fikrini öyrənmək üçün kiçik sorğu keçirdik.Sorğu zamani Məhəmməd İsrayılzadə adlı tələbə bildirdiki:”Məncə dilimizi ən əsas mətbuat işciləri qorumalıdırlar.Belə sözlər tərcüməsiz heç vaxt istifadə olunmamalıdı.Linqvistik polis kimi bir qurum yaradılmalıdır bu işlə məşqul olacaq”. Biz bu fikirlə razılaşırıq, cünki cəmiyyətin ən əsas maariflənmə mənbəyi mətbuatdlr və insanlar mətbuatdan daha çox bəhrələnirlər və nümunə götürürlər.Buna görədə mətbuat işçiləri buna daha çox fikir verməlidirlər.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki,həm şifahi,həm də yazılı nitqimizdə Azərbaycan dilinin qrammatik qayda və qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur.Ana dilimizi qorumaq,onu inkişaf etdirmək,saf şəkidə gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının öhdəliyindədir. Sözün əsl mənasında gəlin dilimizə hörmət edək.Gəlin bu deyilənlərə biganə qalmayaq və bir az da olsa bu barədə düşünək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı