ƏSAS SƏHİFƏ

ANALİTİK YAZI MÜSABİQƏSİ

1.5K

AZƏRBAYCAN SU TƏSƏRRÜFATI İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQI

RESPUBLİKA KOMİTƏSİ

“Azərbaycanda Gənclər Siyasəti : mövcud vəziyyət, problemlər və

beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri” mövzusunda

ANALİTİK YAZI MÜSABİQƏSİ ELAN edir.

Müsabiqəni təşkil etməkdə əsas məqsədimiz, gənclərin intellektual və mənəvi

inkişafının təmin edilməsinə, sağlam həyat tərzinin təbliğinə, vətənpərvərlik tərbiyəsinin

gücləndirilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına,

motivasiyasına kömək etməkdir. Qaliblər 2 fevral, 2015 – ci il, “Gənclər Günü”

münasibətilə təşkil olunacaq təntənəli mərasimdə Təşkilat Komitəsi tərəfindən elan

ediləcək, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılacaqdır.

Müsabiqənin mükafat fondu:

1-ci   yer  – 1000 manat

2-ci  yer –  800 manat

3-cü yer  – 500 manat

4-10-cu yerlər – noutbuk

Qaliblər “Diplom”lar ilə də təltif olunacaqlar.

Məqalə aşağıdakı mövzulardan birini əhatə etməlidir:

1.Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,

2.Gənclərin İnformasiya texnologiyalarından düzgün faydalanması,

3.Gənclər və ətraf mühit ,

4.Gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi,

5.Xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi

6.Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi,

7.Gənclərin intellektual inkişafının təmin edilməsi və istedadlı gənclərin

ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi ,

8.Gənclər üçün sosial xidmətlərin göstərilməsi,

9.Gənclərin Kütləvi İnformasiya Vasitələrində peşəkarlığının artırılması,

10.Gənclərin elmi potensialının inkişaf etdirilməsi və gənc alimlərin,

mütəxəssislərin  elmi fəaliyyətinin stimullaşdırılması,

11.Gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması;

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

 Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti

dolğun əhatə etmə səviyyəsi;

 Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

 Oxucu üçün informasiyalılıq dərəcəsi;

 Cari vəziyyəti və nəticələri analiz etmək ;

 Statistik məlumatları analiz etmək;

 Təkliflər irəli sürmək (digər uğurlu təcrübələri qeyd etmək və s)

 Dünya təcrübəsi ilə müqayisə;

 Mənbələri qeyd etmək.

Müsabiqənin tələbləri:

 Müsabiqədə işçilərlə yanaşı, həmkarlar ittifaqı təşkilatlarının üzvləri, gənclər

təşkilatlarının nümayəndələri, elmi işçilər, mütəxəssislər və gənclər

siyasəti ilə maraqlanan 18 yaşından 35 yaşına qədər HƏR KƏS iştirak

edə bilər.

 Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər .

 Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də

nümayiş olunmamalıdır.

 Məqalə 1500 -8000 simvol həcmində olmalıdır.

 Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalı;

 Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

 Qaliblər Münsiflər heyəti (Münsiflər heyəti -dövlət strukturlarını təmsil edən, xarici ölkələrdə

dövlət dəstəyi ilə həyata keçirilən , gənclər siyasətinə aid layihələrin rəhbərləri və beynəlxalq təcrübəli elmi

mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.

 Müsabiqə üçün yazılmış məqalələr elektron şəklində bu ünvana

[email protected] göndərməlidirlər.

Məqalələrin  təqdim edilməsi üçün son tarix: 23 yanvar 2015–ci il.

Əlaqə telefonları: (012) 431 47 67 (4481).

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı