CƏMİYYƏT 2020.10.10 07:58

ANAMA cəbhəboyu ərazilərdə dron, top mərmiləri, mərmi qalıqları aşkar edib

29

Oktyabrınn 9-u Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Orta Qərvənd, Xındırıstan, Paşabəyli kəndləri və Quzanlı, Ergi qəsəbələri, Ağcabədi rayonunun Rəncbərlər, Köyük kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Cəyirli və Həsənqaya kəndləri, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi, Füzuli rayonunun Babı kəndi və Horadiz şəhəri, Goranboy rayonunun Gürzallar, Şahməmmədli, Eyvazlılar, Qızılhacılı kəndləri və Goran qəsəbəsi, Tərtər rayonunun Dəmirçilər və Burcu kəndləri, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-22), 1 ədəd 152 mm-lik top mərmisi partladıcısı, 1 ədəd dron (yerində zərərsizləşdirilib), 1 ədəd dronun partladıcısı, 265 ədəd bombacıq, 1 147 ədəd patron (1 133 ədəd 5.45 mm-lik və 14 ədəd 7.62 mm-lik) və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 09 oktyabr 2020-ci il tarixlərində 433 siqnal (əməliyyat çağırışı) əsasında 395 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 79 ədəd partlamamış hərbi sursat (PHS), 863 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 109 ədəd partlamış raket hissələri aşkar olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı