ƏDƏBİYYAT 2019.12.23 11:00

Ankarada “Yeni Qazax Şeiri Antologiyası” gün üzü görüb

226

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Avrasiya Yazarlar Birliyinin birgə işi olan “Yeni Qazax Şeiri Antologiyası” Türkiyə türkcəsində gün üzü görüb.

Qardaş ölkə Qazaxıstanın yeni nəsil şairlərinin şeirləri toplanmış antologiya qardaş Türkiyənin paytaxtı Ankara şəhərində gün üzü görən antologiya barədə, Türkiyədə yaşayan yazıçı-tərcüməçi Oktay Hacımusalı məlumat verib.

“BƏNGÜ” Nəşrlər Evində gün üzü görmüş antologiyanın koordinatoru və mətnləri çevirən Oktay Hacımusalı bildirib ki, çağdaş qazax ədəbiyyatının yeni nəsil şairlərinin yaradıcılığından örnəklərinin toplandığı antologiya, Türkiyə ədəbi tarixində bir ilk sayıla bilər: “Təqribən bir il davam edən hazırlıq və çap sürəci əslində çağdaş qazax poeziyası ilə bağlı oxucularda dolğun bilgi yaratmaq imkanına sahibdir. Bu kitab türk dünyası ədəbiyyatının çağdaş ovqatı ilə maraqlanan elm, sənət adamları və eyni zamanda bu sahədə təhsil alan tələbələr üçün bir qay¬naqdır. Qazaxıstanlı şair-tərcüməçi Gülnaz Fayzulla ilə birgə çevirdiyimiz bu antologiya çağdaş qazax poeziyasının bəlli qatlarını, şairlərin poetik mənini ortaya çıxarır. Sevinirəm ki, bu antologiyanın araya-ərsəyə gəlməsində bizim də zəhmətimiz var”.

Oktay Hacımusalı nəfis antologiyanın araya-ərsəyə gəlməsində zəhməti olan DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna, eyni zamanda, çap xərclərini qarşılamış “Okuklu Holdinq”in qurucu başqanı Yılmaz Okukluya öz təşəkkürünü bildirib və qeyd edib ki, qarşı aylarda antologiyanın Türkiyə və Qa¬zaxıstan təqdimat törənləri keçiriləcək.

Əlavə edək ki, tərtibçiləri qazax yazarları Tanagöz Tolkınqızı və Dövran Kaseinov olan “Yeni qazax şeiri antologiyası”nın naşiri Yaqub Öməroğlu, məsləhətçiləri Əkbər Qoşalı və Akberen Elgəzək (Qazaxıstan Yazıçılar Birliyin başqanının I müavini), rəyçiləri Millət vəkili dr. Cavanşir Feyziyev və Askar Turqanbaev (Qazaxıstanın TÜRKSOYdakı təmsilçisi), redaktoru Əzizə Qayadır.

Ankarada çıxan antologiya 2017-ci ilin dekabrında Bakıda DGTYB tərəfindən nəşr edilmiş (Azərbaycan və Qazaxıstanda) geniş təqdimatı keçirilmiş eyni adlı antologiya əsasında hazırlanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı