Antarktidada 100-ə yaxın vulkan tapıldı

Edinburq Universitetinin alimləri Antarktidanın qərb hissəsində buzlaqların altında 100-ə yaxın vulkan aşkar edib.

Bu barədə “Qardian” qəzeti araşdırmada iştirak edən alimlərə istinadən məlumat yayıb.

“Biz şoka düşmüşdük. Bu qədər vulkanın tapılacağını gözləmirdik. Bu vulkanların neçəsinin aktiv olduğunu bilmirik. Yaxın zamanda bunu öyrənəcəyik”, – araşdırmada iştirak edən Robert Binqem deyib.

Qəzet bildirib ki, tapılan vulkanların hündürlüyü 100-3850 metr arasındadır.

Axar.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here