CƏMİYYƏT 2020.01.08 16:47

Aprel döyüşlərində iştirak etməyən oliqarx qazi ilə bağlı bilinməyən gerçəklər

1.8K

Şəhidlərimizin, qazilərimizin sayı çox olsa da, onlara cəmiyyətdə hörmət, ehtiram sonsuzdur.

Düzdür, şəhid ailələrinin, qazilərin hamısı yağ-bal içərisində yaşamır. Bir çoxları bu adın arxasına keçib, öz həyatını qurmur. Onlar təbii ki, torpaqlarımız işğal altında olduğu üçün utanır, özünə ayıb bilir. Ancaq şəhid ailələri, qazilər içərisində elə tiplər də var ki, bu addan istifadə edərək, artıq harınlamış məmura dönüblər.

Onlardan biri də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini verən Kamil Musavidir.

Kamil Musaviyə qazi kimi hər kəsin hörməti var. Ancaq onun qazi adından istifadə edərək etdikləri isə birmənalı qarşılanmır. Kamil Musavi aktiv döyüş zamanı yox, xüsusi bir əməliyyata keçid təşkil edilərkən, öz səhvi ucbatından minaya düşüb. Bu barədə onunla eyni vaxtda minaya düşən Elşən Yusifov danışıb. Elşən Yusifov deyir: “Mən ərazini açırdım. Kamil həyəcanlı idi. Kamil bir getdi- gəldi, iki- getdi gəldi. Üçüncüdə düşdü məndən arxada qalan minaya. Dediyim o kəndirdən 30 sm sağa çıxmışdı. Gözünü və ayağını itirdi”.

İndi burada maraqlı bir sual ortaya çıxır. Bu günə qədər Elşən Yusifov adlı şəxsi tanıyırdınız? Efirlərdə görmüsünüz, ona ev bağışlanıb? Yox!

Kamil Musavi nəinki öz imtiyazlarından, ondan daha çox şeylərdən istifadə edib. O qazi adından istifadə edərək, Bakı şəhərindən bir neçə ev də alıb. Türkiyəlilər demiş “dövlətin malı dəniz, yeməyən donuz”, prinsipi ilə əli, gücü, imkanı hara qədər çatır, o qədər də qazi adından yararlanaraq özünə gün ağlayır. Bəlkə də kimsə deyəcək bacarana, baş qurban. Ancaq müqəddəs addan istifadə edərək bacardıqları, cəmiyyətdə şəhid, qazi adına ləkə gətirməkdədir. Ümumiyyətlə, Kamil Musavi artıq oliqarx qaziyə çevrilib. Bir çox döyüş generallarının, zabitlərin ala bilmədiyi imtiyazları alır.

İfşa olunmayana qədər Kamil Musavi bir çox tədbirlərdə özünü Aprel döyüşlərinin iştirakçısı, Aprel qazisi kimi təqdim edib. Aprel qazilərini aşağı-yuxarı hər birimiz tanıyırıq. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, Aprel döüyşlərində qazi olanlar tədbirlərə utana-utana gəldiyi halda, Kamil Musavi daim başda olur, ağız dolusu danışır. Yalanı ifşa ola-ola bu şəxs necə hələ də ortalıqda gəzir, bəlli deyil.

Nəinki bir ayağını, iki ayağını, iki əlini, iki gözünü itirən qazilərimiz var. Onlar kasıbçılıqda yaşadığı halda, heç kimə ağız açmadığı halda, Kamil Musavinin hər şeylə təminatı varkən, acgözlük edib, durmadan qazi adından istifadə edir. Ümumiyyətlə, Kamil Musavi ehtiyaclar içərisində yaşayan qazilərdən utanır. Döyüş şəraitində yaralanan əsgərlərdən, zabitlərdən utanır? Olanları görəndə, adam əmin olur ki, yox. Yaxşı ki, Kamil Musavinin yaşı Qarabağ müharibəsinə çatmayıb, yoxsa ölkənin yarısını qaziyəm deyib, mənimsəyərdi.

İndi Kamil Musavi deputatlığa namizdəliyini verib. Təbii ki, qanunun tələblərinə cavab verən hər bir vətəndaş deputatlığa namizdəliyini verə bilər. Ancaq görünən odur ki, Kamil Musavi qazi adından istifadə edərək, deputat da olmaq istəyir. Sual yaranır, bir yerdə yaralandığı şəxslərə heç bir dəstəyi (söhbət maddi dəstəkdən getmir, mənəvi və informasiya dəstəyindən gedir) dəyməyən şəxs, xalqa necə dəstək olacaq? Xalqın dərdinə necə yanacaq?

Yüzlərlə şəhid ailəsi, qazilər, veteranlar tanıyırıq. Onların bir çoxu ümumiyyətlə, o ada ləkə gəlməsin deyə, ən xırda bir məsələdə belə, bu addan öz xeyirlərinə istifadə etmirlər. Belə şəxslərə hər kəsin hörməti sonsuzdur. Daim də elə qalacaq. Ancaq Kamil Musavi kimi bu adın arxasına keçərək, hər şeyi qazanmaq istəyənlər isə, birmənalı olaraq ikrah hissi oyadırlar.

Kamil Musavinin şəxs kimi, vətəndaş kimi deputat olmaq istəyinə, hörmətimiz sonsuzdur, ancaq qazi adından, əlil adından istifadə edərək bu yolda can qoyması təkcə vətəndaşları deyil, elə qaziləri, əlilləri, şəhid ailələrini də narazı salır. Qazi deputat olmaz demək deyil bu, bu, deputat olmaq istəyənin qazi adını ləkələnməsindən narahatçılıqdır.

İstiqlal.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı