ƏSAS SƏHİFƏ

ARGTMŞ BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNA KÖNÜLLÜLƏRİN QƏBULU ELAN EDİR

809
Regionlar: Bakı
Vaxt: 24.02.2015  –  07.03.2015
Elandakı məlumatın adı: ARGTMŞ beynəlxalq əlaqələr üzrə işçi qrupuna könüllülərin qəbulu elan edir.
Məkan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Məqsəd: Komandanın yaradılma məqsədi beynəlxalq əlaqələr sahəsinə marağı olan gənclərə sözügedən sahə üzrə təcrübə qazanmağa və karyera qurmağa imkan yaratmaq, həmçinin Azərbaycanda könüllülüyün genişlənməsinə töhvə verməkdir.
Elan:

Beynəlaxq əlaqələr üzrə işçi qrupunun üzvü ol, beynəlxalq əlaqələr sahəsində real təcrübə qazan!

ARGTMŞ tərəfindən yaradılan könüllü komandasında olmaq sizə beynəlxalq layihələrdə birbaşa işləmək imkanı qazandıracaq, kollektivdə işləmək, dostluq və yeni əlaqələr qurmaq, xarici dil biliklərinizin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq.

Müraciət üçün CV-nizi 07.03.2015-ci il saat 18:00 qədər [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Namizəd üçün tələblər:
•Beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya və digər sosial-iqtisadi sahə üzrə təhsil almış və ya hal-hazırda təhsilini davam etdirən
•Beynəlxalq layihələrdə iş təcrübəsi
•Yaxşı ingilis və rus dili bacarıqları
•Kompyuter bilikləri
•Araşdırma qabiliyyəti
•Komanda ilə işləmək bacarığı
•Punktuallıq
•İşə məsuliyyətli yanaşma
•Yaş həddi: 18-29

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Bugün təşkilat 112 gənclər təşkilatını, 100 minlərlər gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası fəaliyyət göstərdiyi 20 il ərzində daima dünyanın aparıcı gənclər platformaları ilə əməkdaşlıq əlaqələrinə malik olmuşdur. Belə ki, təşkilat 1997-ci ildən Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014–cü il 7-11 Dekabrda keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tam hüquqlu üzvü olmuşdur.

Əlaqələndirici şəxs: Leyla Israfilova
Vəzifə: Beynəlxalq Əlaqələr üzrə Katibliyin işçisi
Mobil tel: +994 51 415 11 41
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı