ƏSAS SƏHİFƏ

ARGTMŞ-IN NÖVBƏTİ MƏLUMAT TURU “XALÇA” MUZEYİNDƏ

660

Hörmətli gənclər və gənclər təşkilatları!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası növbəti məlumat turu çərçivəsində sizi Azərbaycan xalqının maddi və mənəvi irsini təşkil edən, dünya xəzinəsindəki nadir xalçaların dəyərinə, əhəmiyyətinə görə ən böyük xalça kolleksiyasına sahib olan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə dəvət edir.

Məlumat turu zamanı iştirakçılara incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən və məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapan Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan zəngin mədəniyyət nümunələri haqqında ətraflı məlumat veriləcək. Bundan başqa muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. Kimi xalq tətbiqi sənət nümunələri ilə iştirakçılar tanış olacaqlar.

Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə muzey Respublikada və 30-dan artıq Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. Kimi xarici ölkələrdə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil etmişdir. Eyni zamanda gənc nəslin tədris proqramında yaxından iştirak etmək, onların estetik zövqünün inkişafı, tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri sənət, bədii tikmə sənəti, xalça toxuma ənənələrininin cəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlamış və bu proqram əsasındada məktəblilərlə iş aparır.

Görüş yeri: Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin qarşısı (Mikayil Hüseynov 28)

Görüş vaxtı: 25.04.2015-ci il tarixi, saat 12:00-da Məlumat turunda iştirak etmək istədiyiniz halda 24.04.2015-ci il tarixi, saat 12:00-dək iştirakçının ad, soyad, təşkilatınadı (təşkilatı təmsil etdiyi halda) qeyd etməklə məlumat verməyiniz xahiş olunur.

Əlaqələndirici şəxs: Aysel Abdullazadə
Vəzifə: Proqram işçisi
Mobil tel: +994 505298262
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı