DÜNYA 2021.01.28 03:00

Artak Tovmasyan: “Kommunikasiyaların açılması Ermənistana əlavə problemlər yaradacaq”

78

“Bölgədə kommunikasiyaların açılması Ermənistan üçün əlavə problemlər doğuracaq və heç kim bununla bağlı illüziyaya qapılmasın. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq iqtisadi problemlər həmişə olacaq”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir, Ermənistanın “Tovmasyan” xeyriyyə fondunun rəhbəri Artak Tovmasyan tərəfindən jurnalistlərə verdiyi müsahibədə səslənib.

Onun sözlərinə görə, bütün ölkələr böhran keçirəcək, lakin Ermənistanda vəziyyət ölkədəki bərbad psixoloji atmosferi nəzərə aldıqda daha da pis olacaq. Buraya diasporanın Ermənistanda tüğyan edən korrupsiya ilə əlaqədar, həyata keçirilən iqtisadi proqramlara artıq inanmaması faktorunu əlavə etmək lazımdır.

“Üstəlik biz (Ermənistan-red.) Qarabağda malik olduğumuz ərzaq resurslarını da itirdik. Axı biz hələ ölkənin ərzaqla öztəminat məsələsini belə həll etməmişik. Özü də türk malları bu sahədə daha rəqabətə davamlı görünür ki, bu da əlavə risklər yaradır.”, – deyə erməni ekspert bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı