ELM VƏ TƏHSİL

ARTPİ-də Böyük Vətən müharibəsi veteranı ilə görüş

473

Azərbaycan Respublikası Təhsil Probemləri İnstitutunda (ARTPİ)  faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə tədbir keçirilib. İnstitutun direktrou Qulu Novruzov öncə tədbir iştirakçılarını salamladı.  Direktor müavinləri, institutun elmi məsləhətçiləri, şöbə müdirləri,  institutun əməkdaşları, doktorant və dissertantların iştirakı ilə keçirilən görüşdə Böyük Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qulu Novruzov  müharibə veteranlarını Qələbənin 70 illiyi münasibətilə təbrik edib. Qeyd edib  ki, 1945-ci il faşizm üzərində Qələbədə Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının misilsiz xidmətləri var. O, bu Qələbənin qazanılmasında böyük rəşadət və şücaət göstərmiş cəsur döyüşçülərimizin qəhrəmanlıqlarından danışdı. Azərbaycanlı veteranlarımızın bu günə qədər  keçdiyi ömür yolunun bizim gənclərimiz üçün örnək olduğunu vurğulayaraq Qələbənin tarixi əhəmiyyətindən də söhbət açdı. Q. Novruzov  xüsusi olaraq ölkəmizdə olan veteranların, onların ailələrinin hər il dövlətimizin başçısı tərəfindən yüksək qayğı və diqqətlə əhatə olunduğunu vurğuladı.

Görüşdə iştirak edən, ömrünün 75 ilini təhsilə həsr etmiş,  ARTPİ-nin sabiq əməkdaşı,  müharibə veteranı  Mayılov İbrahim Mursaqulu oğlu institutun rəhbərliyinə göstərilən xüsusi diqqətə görə təşəkkür etdi. Tədbirdə iştirak edənlərin hamısına öz minnətdarlığını bildirdi.   Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə hər il göstərdiyi qayğıya görə də minnətdar olduğunu söylədi. İbrahim müəllim döyüş xatirələrinindən danışaraq, tədbir iştirakçıları ilə müharibədəki yaşantılarını bölüşüb. İnstitutun rəhbəri Q. Novruzova indiki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri və bundan sonra görəcəyi işlərində uğurlar arzuladı. ARTPİ-nin öncə çalışdığı şöbəsində lazım bilinən təhsilyönümlü çalışmalarda bundan sonra da fəal iştirak edəcəyini bildirdi.

Tədbirin sonunda institutun direktoru Q. Novruzov ARTPİ-nin sabiq əməkdaşları, Böyük Vətən müharibəsi veteranları  Mayılov İbrahim Mursaqulu və Mirzəliyev Məmməd Hüseyn oğlunu təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə və faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Fəxri Fərmanla təltif etdi, hədiyyələr verdi.

Sonda ARTPİ-nin rəhbərliyi institutun sabiq əməkdaşı, Böyük Vətən müharibəsi veteranı ilə  xatirə şəkli çəkdirdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı