ELM VƏ TƏHSİL

ARTPİ GÇH fənninin tədrisi ilə bağlı müzakirədə

368

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun  (ARTPİ) “Ümumtəhsil və məktəbdənkənar təhsilin kurikulumu” şöbəsinin böyük elmi işçisi Ceyhun İsmayıl oğlu Məmmədyarov Xəzər rayonunun 206 saylı tam orta məktəbində həmin rayonun Gənclərin Çağırışaqədərki Hazırlığı müəllimləri ilə dəyirmi masa keçirmişdir.  Dəyirmi masada paytaxtın  müxtəlif məktəblərindən gəlmiş 15 nəfər GÇH fənnini tədris edən  müəllimlər və metodist iştirak etmişdir.

Təhsil Nazirliyi tərəfindən ARTPİ-yə  ünvanlanmış GÇH fənninin tədrisi ilə bağlı tapşırığa əsasən aşağıdakı problemlər müzakirə olunmuş , anket sorğu keçirilmişdir. Anket sorğu 5 sahəni əhatə etmişdi:

  1. X-XI siniflərdə Fiziki tərbiyə və GÇH dərslərinin həftə ərzində qoşa saatla tədrisi.
  2. X-XI siniflərdə Fiziki tərbiyə və GÇH fənninin inteqrasiya olunmuş məzmunu əsasında müvafiq tədris proqramları.
  3. Müəyyən edilmiş məzmun standartlarının yerinə yetirilməsi və reallaşdırılması üzrə lazımi infrastrukturu olmayan məktəblərdə Fiziki tərbiyə və GÇH fənlərinin tədrisinin təşkili.
  4. GÇH fənninin həftə ərzində 1 saatlıq proqram əsasında tədrisi.
  5. Siniflər üzrə dərsdənkənar məşğələlərin təşkili və keçirilməsi.

 

Keçirilmiş sorğu nəticəsində maraqlı rəylər formalaşmış və təkliflər toplanmışdı.

Sonda qərara gəlindi ki,  bu mövzuda davamlı olaraq  təkrar görüşlər keçirilsin. 12 illik təhsilə keçidlə əlaqədar olaraq nəzərə almaq lazımdır ki, məktəblilərin böyük əksəriyyəti başqa təhsil müəssisələrində təhsillərini davam etdirsələr və yaxud təhsilini dayandırsalar 11-12-ci illərin təhsilini ala bilməyəcəklər. Məhz bu zərurətdən irəli gələrək GÇH fənninin 9-10-cu siniflərdə tədrisini vacib hesab edirlər. 11-12-ci siniflərdə isə könüllülük əsasında GÇH fənnini məşğələlərdə iştirak edərək davam etmələri daha məqsədəuyğun sayılmış hesab olundu.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı