ELM VƏ TƏHSİL

ARTPİ-nin əməkdaşları Fransada

481

 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) 6 nəfərdən ibarət nümayəndə heyəti 26-30 aprel 2015-ci il tarixlərində Fransa Respublikasında işguzar səfərdə olublar. Səfərin məqsədi Fransa Respublikasının təhsil sistemi ilə tanış olmaq, fərqli cəhətləri, müsbət tendensiyaları öyrənmək, qarşılıqlı tədqiqatların aparılması konturlarını müəyyənləşdirməkdən ibarət idi.

2013-cü ildən ARTPİ-yə direktor təyin olunan Q.N.Novruzovun təşəbbüsü ilə  xarici əməkdaşlıqlarla bağlı geniş və şoxsahəli işlərə start verilmiş, o cümlədən inkişaf etmiş xarici ölkələrlə əlaqələr güclənmişdir. Beynəlxalq simpozium, seminar və konfransların təşkili intensiv xarakter almışdır. Bu mənada, Fransa Respublikasına olan səfər də həyata keçirilən silsilə tədbirlərin bir həlqəsi idi. ARTPİ-nin və Fransa Respublikasının Bakı ofisinin dəstəyi ilə həyata keçirilən səfərdə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin müvafiq qurtumları ilə görüşlər oldu. Belə ki, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Xarici qonaqların qəbulu mərkəzinin koordinatoru,  proqramlar  və təqdimatlar üzrə  məsul şəxs Frederik Marsel, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Beynəlxalq və Avropa  əlaqələri,  əməkdaşlıq, Avropa ilə ikitərəfli məktəb əməkdaşlığı məsələləri üzrə məsul şəxs Pernel Benua, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Fransız dili  departamentinin, ixtisasartırma üzrə məsul şəxsi Pol Pöti, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Qiymətləndirmə və sertifikatlaşdırma deparamentinin  müdir müavini,  keyfiyyət və ekspertizaya məsul şəxs Sebastien Jorj, Təhsildə Əməkdaşlıq departamentinin məsul şəxsi Nikol Gesno və Proqramlar üzrə məsul şəxs Liza Bidanova, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) İnkişaf və ünsiyyət-kommunikasiya xidmətinin əməkdaşı Virjini Lamot,Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqatlar Nazirliyinin Proqramlar üzrə Ali Məsləhət şurasının baş katibi Veronik Fuqa, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Milli təhsil üzrə baş müfəttişlik, Beynəlxalq və Avropa fəaliyyətləri üzrə koordinatoru Daniel Şarboniye, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Təhsildə əməkdaşlıq departamentinin Proqramlar üzrə məsul şəxsi Liza Bidanova, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Performans və perspektivlərin qiymətləndirilməsi, Şagird nailiyyətlərinin qiymətləndirilməsi qurumunun rəhbəri Brüno Trosey və həmin şöbənin katibi Floranse Lefresne ilə  geniş tərkibdə görüşlər olmuşdur.

Bu görüşdə ARTPİ-ni Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri Piralı Əliyev, Dərslik və dərs vəsaitlərinin metologiyası şöbəsinin müdiri Asif Hacıyev, institutun elmi məsləhətçisi Riza Xəlilov, Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov, aparıcı elmi işçi Gülbəniz Camalovadan ibarət nümayəndə heyəti  təmsil edirdi.

Görüş zamanı hər iki ölkənin təhsili ilə bağlı mövzular üzrə təqdimatlar, müzakirələr və sual-cavablar aparılmışdır.  Qərbi Avropanın əsas şəhəri olan Parisin Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində(CİEP) aparılan tədqiqatlarla tanışlıq  institut əməkdaşları qarşısında yeni sahələr açdı. Sonda hər iki ölkə arasında təhsillə bağlı birgə fəaliyyətin və əməkdaşlığın daha sıx və davamlı olacağını vurğuladılar.

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı