ELM VƏ TƏHSİL

ARTPİ-nin əməkdaşları Oğuzda müəllimlərlə görüşdü

350

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) “Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu” şöbəsinin əməkdaşları Oğuz rayonunda müəllimlərlə görüş keçirdi. ARTPİ tərəfindən təşkil olunmuş  görüşün məqsədi Oguz rayonundakı orta ümumtəhsil məktəblərində  texnologiya və kimya  fənnini tədris edən müəllimlərin iştirakı ilə  “I-VII  siniflərdə  texnologiya    fənn kurikulumlarının  tətbiqi məsələləri”  və “ Kimya fənninin tədrisində həyati əhəmiyyətli  təcrübələrin aparılması“ mövzusunda  dəyirmi  masanın   keçirilməşi idi.

Oğuz rayonunun 3 № məktəb-liseydə təşkil olunmuş tədbirdə rayonun texnologiya,  kimya və  ibtidai  sinif  müəllimləri iştirak ediblər. Tədbiri  giriş sözü ilə  açan  rayon təhsil şöbəsinin əməkdaşı Rəşid Nurməmmədov müzakirə olunan məsələlərlə əlaqədar texnologiya  və  kimya fənlərinin tədrisinin vacibliyindən danışdı. Daha sonra ARTPİ-nin əməkdaşları Natiq  Axundov və Rumiyyə  İbrahimova müzakirə olunan mövzularla baglı  geniş çıxış edərək, müəllimləri maraqlandıran suallara  ətraflı cavablar verdilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı