MƏDƏNİYYƏT 2020.05.21 19:47

“Arzu edərdim ki, yeni təyin olunacaq nazirin Azərbaycan mədəniyyətindən xəbəri olsun” — Rasim Balayev Danışdı

42

Xalq artisti Rasim Balayev Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması haqqında danışıb.

O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində hazırda Azərbaycan mədəniyyətinin durğunluq dövrü yaşadığını qeyd edib.

“Düzdür gedənin arxasınca danışmazlar, ancaq Əbülfəz Qarayevin vaxtında mədəniyyət öz durğunluq çağını yaşayıb. Mən onu da qınaya bilmərəm. Görünür, Qarayevin də əlindən bu gəlirmiş, nəyi bacarıbsa, onu da edib”.

Xalq artisti yeni təyin olunacaq nazirlə bağlı arzularını da dilə gətirib.
“Arzu edərdim ki, yeni təyin olunacaq nazirin Azərbaycan mədəniyyətindən xəbəri olsun. O, mütləq şəkildə bu işi sevib, ona məhəbbət bəsləməlidir ki, incəsənətin qayğısına qala bilsin. Bundan başqa o, mədəniyyət sahəsinində dərin biliklərə sahib olmalıdı. Bu zaman Azərbaycan mədəniyyəti həqiqətən də inkişaf edəcək”,- deyə R. Balayev fikrini tamamlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı