“ASAN Könüllüləri”nin “Kino gecəsi” davam edir

“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə “Kino gecəsi” layihəsi davam edir. Layihə çərçivəsində könüllülərə təqdim olunan növbəti film Qarabağ qazisi İbad Hüseynova həsr olunub.
“Xüsusi təyinatlı İbad” adlı film Qarabağ müharibəsində Azərbaycanın düşmənə qarşı apardığı çətin mübarizədən, qəhrəman oğullarımızın şərəfli döyüş yolundan bəhs edir.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd könüllülər arasında milli kinolara və kino sənətinə olan marağın artırılmasıdır.