BAXIŞ BUCAĞI

“Asanlıqla yerini vermək istəmir, əksinə, sərt üsullara əl atır…”

246

Şahlar Əsgərovdan “Qışla yazın münaqişəsi” adlı möhtəşəm esse…

Yazın varlığı qışı narahat edir. Bu səbəbdən də onunla aşkar və gizli  şəkildə mübarizə aparır. Yaz öz işıq və istisini paylaşanda qış acıqlanır, tufan qoparır, şaxta yaradır və yazın təravətini, hikmətini heçə endirmək istəyir. Bir sözlə, yazı yaxına buraxmaq istəmir. Yaz bəzən bir az geri çəkilir, düşünür, zamanın gözləyir. Çünki zaman keçdikcə qışın  dizində taqət, qolunda qüvvət  azalır. Əvvəlki sərtlikdə nə şaxtası, nə tufanı, nə də  qarı var. Qocalığından hərdən bir ancaq sulu qar yağır. Qış yazın gəlişini dost gəlişi kimi yox, düşmən gəlişi kimi qarşılayır. Asanlıqla yerini vermək istəmir, əksinə sərt üsullara əl atır, asır – kəsir, qorxudur, soyuq daş atır. Gənclik enerjisi, yaratmaq həvəsi Yazı öz missiyasını yerinə yetirməyə sövq edir. Qışın daş atdığı yerdə gül bitirir. Qışın geri çəkilməsi üçün tez- tez isti günlər nümayiş etdirir.
Qış başına gələnləri faciə kimi qarşılayır və başa düşmək istəmir ki, Yaz onun həyatının davamıdır, ondan törəmədir və onun inkişafının növbəti pilləsidir. Yaz onun içərisindən yarandığı kimi, o da gələcəyin xatirinə yazın içərisində əriməlidir. Onunla düşmənçilik etmək yox, ona anlaşılan münasibət bəsləməli, çətin də olsa ona qucaq açmalıdır. Çünki belə olanda yay və payız daha barlı-bəhərli  və xöşbəxliyə gedən yol daha geniş və işıqlı  olar.
 
Şahlar Əsgərov
əməkdar elm xadimi, professor, filosof
moderator.az
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı