CƏMİYYƏT 2020.04.11 12:40

Asim Mollazadə: “Pandemiyadan siyasi məqsədləri həyata keçirmək üçün istifadə etmək yolverilməzdir”

119

Azərbaycan Demokratik İslahatlar Ppartiyasının sədri, millət vəkili Asim Mollazadə dialoq.info saytına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilməsinə, burada etdiyi çıxışa və s. ictimai-siyasi məsələlərə münasibət bildirib…

– COVİD-19-a qarşı türk dövlət başçılarının Zirvə görüşünün keçirilməsini, Azərbaycan Prezidentinin toplantıda ölkəmizin bu virusa qarşı apardığı mübarizə haqqında söylədiyi fikirləri necə qiymətləndirirsiniz?

– Bu toplantının keçirilməsinin əsas məqsədi türk dövlətlərinin pandemiyaya qarşı birgə mübarizə imkanlarını artırmaq, birliyə nail olmaq, təcrübəni bölüşmək idi. Prezidentin burada söylədiyi fikirləri yüksək qiymətləndirirəm. Çünki Azərbaycan pandemiyaya qarşı mübarizədə çox sürətli reaksiya verdi. Bütün addımlar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun idi. Vaxtında karantin tətbiq edildi. Əhalinin sağlamlığı üçün lazım olan məsələləri – testləri, səhiyyə avadanlıqlarını təmin etdi. Tibbi maskaların istehsalı ilə məşğul olacaq müsəssisənin, Yeni klinikanın istifadəyə verilməsini xüsusi qeyd etmək istəyirəm. Baxmayaraq ki, ABŞ-da, Avropada olduğu kimi bizim ölkəmizdə infeksiyaya yoluxma faizi yüksək deyildi. Azərbaycanın qəhrəman tibb işçiləri lazım olan bütün işləri görürlər. Hətta Azərbaycan ÜST-ə də lazım olan dəstəyi verir. Bütün bunlarla bağlı bizim Prezidentimiz türk dövlət başçılarını əraflı məlumatlandırdı. Pandemiyanın çox ciddi sosial-iqtisadi fəsadları var. Türk dövlətlərinin bu istiqamətdə də əməkdaşlığı razılaşdırması çox mühümdür. Azərbaycanın bu sahədəki təcrübəsini, aztəminatlı ailələrə pul yardımının verilməsi, sahibkarlara dəstək göstərilməsini yüksək qiymətləndirirəm. Türkiyə prezidenti Ərdoğan da xüsusi qeyd etdi ki, Azərbaycanın yaratdığı nəqliyyat sistemi türk dövlətlərinin əməkdaşlığında çox mühüm rol oynadı.

– Hazırkı karantin dövründə radikal müxalifətin, Milli Şuranın, AXCP-nin xalqı dövlətə qarşı qaldırmaqla, insanları küçələrdə etiraz aksiyaları keçirməklə bağlı çağırışlarını necə qiymətləndirirsiniz?

– Pandemiyaya bir müharibə kimi yanaşmaq lazımdır. Bu məqamda hər bir azərbaycanlı birləşməlidir, öz dövlətini, vətəndaşını dəstəkləməlidir. Pandemiyadan hansısa siyasi məqsədləri həyata keçirmək üçün istifadə etmək yolverilməzdir. Bu gün siyasət Azərbaycan dövlətinin, vətəndaşlarının müdafiəsindən ibarət olmalıdır. Hamımız öz səylərimizi birləşdirməliyi. Təklif varsa onu vermək olar. Amma dövləti dağıtmağa çalışmaq, vətəndaşları itaətsizliyə çağırmaq yolverilməzdir.

– Bir sıra siyasi təşkilatların hökumətə təzyiq xarakteri daşıyan müraciətinə münasibətiniz necədir?

-Nazirlər Kabineti pandemiyaya qarşı mübarizə üçün müvafiq plan hazırlayıb. Bu plan pandemiyaya qarşı effektiv mübarizənin təşkilindən, vətəndaşlarımızın sağlamlığının qorunmasından, onların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasından və s. ibarətdir. Bütün zəruri addımlar atılır. Bir sözlə əldə olan bütün imkanlar vətəndaşların müdafiəsinə yönəldilir. Digər ölkələrdə mübarizənin gec başlamasına görə faciəvi nəticələri görməkdəyik. Azərbaycanda hər şey vaxtında həyata keçirildi. Ona görə də yeni-yeni və absurd tələblərlə çıxış etməyə ehtiyac yoxdur. Mən bunu yanlış addım sayıram.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı