ELM VƏ TƏHSİL

Aşqarlar Kimyası İnstitutunun 50 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

610
Aşqarlar Kimyası İnstitutunun 50 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

2015-ci il oktyabrın birinci yarısında AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş “Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrin dinlənilməsi nəzərdə tutulur:

I Bölmə – Sürtkü materiallarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar; neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər; polimer materiallarına stabilizatorlar;

II Bölmə – Sürtkü, yanacaq və polimer kompozisiyaları; sürtkülər; xüsusi mayelər;

III Bölmə – Aşqarların, reagentlərin və kompozision materialların

alınmasının və tətbiqinin ekoloji aspektləri.

Konfransın rəsmi dili Azərbaycan, rus və ingilis dilləridir.

Konfrans materialları aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

– məruzənin adı – böyük hərflə, qalın, şrift – 12;

– müəlliflərin adları – adi hərflə, qalın, şrift – 12;

– elm (təhsil) müəssəsinin adı – adi hərflə, kursiv, şrift – 12;

– məruzəçinin e-mail ünvanı – şrift – 12;

– mətnlər kompyuterdə A4 formatda, Microsoft Word proqramında, yuxarı və aşağıdan – 2 sm, soldan – 3, sağdan – 1,5 sm, məsafə saxlamaqla, Times New Roman, şrift 12, sətrarası 1 intervalla, 1 səhifə həcmində çap olunmalıdır;

– şəkil, qrafik, cədvəllər və ədəbiyyat mətnin daxilində verilməlidir, məruzəçinin adının altından xətt çəkilməlidir;

– məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və CD-də təqdim olunmalıdır;

– təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, qəbul olunmayacaq;

– məruzələr redaktə olunmayacaq, təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəllifin özü daşıyır.

Təşkilat Komitəsi konfransın proqramına daxil ediləcək məruzələri seçmək hüququnu öz üzərində saxlayır.

Qeydiyyat forması (əlavə 1), məruzələrin tezisləri, dərc edilmənin mümkünlüyü haqda ekspert rəyi 2015-ci il aprel ayının 15-dək qəbul edilir.

Qeydiyyat forması -1 nüsxə;

Tezislər -2 nüsxə və elektron variantı;

Ekspertiza aktı -1 nüsxə.

Konfrans haqqında əlavə məlumatları institutun http://ica.az/xeberler4.php saytından ala bilərsiniz.

Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Aşqarlar Kimyası İnstitutunun ünvanına göndərilməlidir:

Ünvan: Az1029, Bakı şəhəri, Böyükşor şosesi, 2062-ci məhəllə

E-poçt: [email protected]

Təşkilat Komitəsinin əlaqə telefonları: (+994 12) 5149612, (+994 12) 5149651 (53, 54)

www.science.gov.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı