CƏMİYYƏT

Astara rayonunda “İslam dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib

471

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmə və ekstremizmə qarşımübarizə: “İslam həmrəyliyi” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Astararayonunda “İslam dini radikalizmə qarşıdır” mövzusunda konfranskeçirilib.

Astara rayon İcra Hakimiyyətinin İctimai-siyasi vəhumanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tural Eyvazov mövzunun əhəmiyyəti,rayonda dövlət-din münasibətləri, QHT-lərin fəaliyyəti və s. istiqamətdə görülənişlər haqqında məlumat verib.

Müasir İnkişaf Birliyinin sədri, dialoq.infosaytının baş redaktoruMübariz Göyüşlü ölkədə mövcud olan dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyənqurumların fəaliyyətindən danışıb. Müasitr İnkişaf Birliyinin 14 ilə yaxındırbu mövzuda tədbirlər təşkil etdiyini deyən M.Göyüşlü təşkilatın çalışmalarınıqısa olaraq iştirakçılara çatdırıb. O, Konstitutusiyada əksini tapmış din vəvicdan azadlığı maddələrindən, eyni zamanda “Dini etiqad azadlığı haqqında”qanundan bəhs edib. Birlik sədri dini fundamentalizmdən, dini radikalizmdən vədini ekstremizmdən danışaraq onu doğuran səbəblər, nəticələr haqqında fikirlərinibölüşüb. M.Göyüşlü radikalizmə və ekstremizmə qarşı İslam həmrəyliyininqoyulmasını vacib sayaraq tədbir iştirakçılarını radikal qruplara qarşı mübarizədəfəal olmağa səsləyib. O, mövhumata, xurafata, radikalizmə, ekstremizmə qarşı əneffektli mübarizə vasitəsi kimi təhsili, milli-mənəvi dəyərləri təbliğ etməyin,maarifləndirici tədbirlər, aksiyalıar və s. təşkil etməyin önəmli olduğunu qeydedib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəranbölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə təmsil etdiyi qurumunrayonda keçirdiyi tədbirlərdən, gördüyü işlərdən söz açıb. T.Həsənzadə diniradikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən danışıb. DQİDİK təmsilçisiqeyri-ənənəvi dinlərə və təriqətlərə qarşı səmərəli mübarizənin yollarından dabəhs edib.

Astara rayon Gənclər və İdman İdarəsinin rəismüavini İqrar Cəfərov bildirib ki, böyük dövlətlərin apardıqları mübarizə radikalqrupların, ekstremist təşkilatların yaranmasına səbəb olub. O, iştirakçılaraİslam dinindən, Quranı oxuyaraq öyrənməyin vacibliyindən bəhs edib.

Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Ulduzə Səfərova dövlət-din münasibətlərindən, ölkədəki dini durumdan, xəstəxananın əməkdaşı Aytən Rəhimzadə İslam dininin gözəlliklərindən, dini düzgün şəkildə təbliğ etməyin vacibliyindən, Milli QHT Forumunun Şirvan Təlim və Resurs Mərkəzinin regional koordinatoru Vamiq Babayev sosial şəbəkələrdə Azərbaycan dövlətinə, İslam dininə, cəmiyyətə qarşı təbliğat aparanların əleyhinə mübarizədə fəallığın önəmindən danışıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı