ELM VƏ TƏHSİL

Atatürk Liseyində soyqırım qurbanları anılıb

381

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 31 mart-Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş tədbir keçirilib. Liseydən daxil olan məlumata görə, təhsil ocağının müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə soyqırım qurbanları və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu yad edilib. Tədbirdə çıxış edən Bakı Atatürk Liseyinin müdiri Ali Devrim ermənilərin zaman-zaman Türk xalqına qarşı soyqırımlar həyata keçirdiyini vurğulayıb. Daha sonra çıxış edən tarixçilər ermənilərin 1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdikləri kütləvi soyqırımlar barədə ətraflı danışıb, tarixi faktları şagirdlərin diqqətinə çatdırıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı