ELM VƏ TƏHSİL 2020.10.13 13:16

ATU Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat ianə edib

19

Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ardıcıl zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər birimiz ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları ilə aparılan bu savaşda əsgərlərimizə yardımçı olur, tam qələbənin əldə olunması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu nümayiş etdiririk.

Azərbaycan Tibb Universitetinin (ATU) kollektivi də bu zəfərin bir parçası olmaq, haqq mübarizəsinə öz töhfəsini vermək niyyətilə Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat ianə edib. Bundan əlavə, ATU həkimləri döyüş bölgələrində xidmət göstərməklə, Azərbaycanın müdafiəsinin təminatında iştirak etməkdən böyük şərəf və iftixar hissi keçirdiklərini bəyan edirlər.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə qəhrəman əsgərlərimiz ədalət uğrunda müharibədə qələbə qazanacaq, Azərbaycan xalqı uzun illərdən sonra doğma torpaqlarına qayıdacaq, hər birimiz azad Qarabağın nəfəsini duyacağıq.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı