CƏMİYYƏT 2020.02.28 15:20

AVP sədrinin müavini: “Dövlətimizin paraları dağılmaqda davam edir”

141

AVP sədrinin müavini: “Dövlətimizin paraları dağılmaqda davam edir”

“Adını bir paravoz çəkə bilməyən, yeni yaradılmış Dövlət təşkilatlarlndan biri öz “Youtube” kanalını yaradıb. Özünü bu işlərin peşəkarı sayan təkəbbürlü gəncləri də yığıb həmin internet tv-nin ətrafına. Baxanda hiss olunur ki, bu işin təşkil olunnması üçün babat pul da ayrılıb. Təkəbbürlü və “peşəkar” gənclər həmin tv vasitəsilə həm özləri çıxış edir, həm də özləri kimi “profi”ləri dəvət edərək dövlətimizin gələcək strategiyasını müəyyənləşdirirlər”.

Bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

“Nəticədə məlum olur ki, 10 gün bundan öncə paylaşılan müsahibəyə cəmi 7 nəfər baxıb. Həmin 7 nəfərdən biri mən oldum, digər 6 nəfəri isə özləri olar. Əminəm ki, layihələrini rəhbərlərinə böyük hadisə kimi təqdim edərək yaxşıca ənam da alırlar. Və nəticədə dövlətimizin paraları yenə də dağılmaqda davam edir. Amma yüz minlərlə izləyicisi, milyonlarla baxış sayı olan internet resursları hələ də hansısa dost-tanışların dəstəyi ilə Dövlətin apardığı kursa dəstək vermək üçün mücadilə verir. Görəsən həmin qurumların rəhbərləri monitorinq aparıb dəqiq statistikanı görsələr utanarlarmı? İnanmıram! Gözəlim Azərbaycan, hara gedirsən?” – A.Abdulkərimov qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı