ƏSAS SƏHİFƏ

Avropa çempionu adını qazanan gənc cüdoçularımız Vətənə qayıdıblar

67

Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Cüdoçularımız mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc qazanaraq medalların əyarına görə kişilərin yarışında komanda hesabında birinci olublar. Komanda yarışında da bütün rəqiblərinə qalib gələn millimiz Avropa çempionu adını qazanıblar.

Avropa çempionatında ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medallara sahib olublar.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı