DÜNYA 2020.09.25 05:00

“Avropa “ikiqat” epidemiya ilə üzləşə bilər”-AB rəsmilərindən qorxulu xəbərdarlıq

66

Avropada COVİD-19 -a yoluxma hallarının artması, adi qripin də ölümcül həddə yayılmasına səbəb ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı AB-nin səhiyyə üzrə komissarlığının nümayəndələri, Birliyə üzv olan dövlətlərin hökumətlərinə xəbərdarlıq ediblər.

“Belə görünür ki, böhran düşünüldüyü kimi arxada qalmadı. Biz indi həlledici mərhələdəyik”,-deyə Avropa Birliyinin səhiyyə üzrə komissarı Stella Kiriakides bildirib.

Xanım Kiriakides Avropanın ikiqat epidemiyaya məğlub olmaması üçün mövsüm qripinə qarşı peyvəndləşmə işinin aparılmasının, habelə, sosial məsafənin qorunması tədbirlərinin saxlanmasının vacibliyini vurğulayıb.

“Bu bizim yazdakı hadisələrin təkrarlanmasının qarşısını almaqda son şansımız ola bilər”,-deyə o qeyd edib. Həm Kiriakides, həm də Avropanın Xəstəliklərin profilaktikası və Nəzarət Mərkəzinin direktoru Andrea Ammon avqust ayından bu yana COVİD-19-a yoluxanların sayında narahatedici artımın olduğunu bildiriblər.

“Artıq koronavirus məhdud lokal yayılmadan daha çox kütlələri əhatə edən bir virusa dönüb. Ona görə də pandemiyanın bitməsinə hələ çox var”,-deyə avropalı rəsmilərin dilindən bədbin bəyanat səslənib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı