DÜNYA 2020.09.17 16:10

Avropa Parlamenti Lukaşenkonu prezident kimi tanımadı

18

Avropa Parlamenti növbəti səlahiyyət müddəti ərzində Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib və Minskə, Lukaşenkonu dəstəkləyən Rusiya vətəndaşlarına qarşı sərt, həmçinin maliyyə sanksiyaları tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Belarusla bağlı cümə axşamı qəbul etdiyi qətnamədə deyilir.

“Avropa Parlamenti avqustun 9-da Belarusda keçirilən seçkilərin nəticələrini qəbul etmir, Aleksandr Lukaşenkonu mövcud səlahiyyət müddəti ərzində prezident kimi tanımır” – qətnamədə qeyd olunub.

Bundan əlavə, Avropa Parlamenti Avropa İttifaqından Minskə istənilən pul köçürmələrini dondurmasını və Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından bu ölkəyə kredit verilməsini dayandırmağı xahiş edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı