Human Capital Consulting (HCC) Avropa Parlamentində və Brüsseldə yerləşən digər təşkilatlarda təcrübə proqramında iştirak etmək üçün qeydiyyatın başlandığını elan edir.
Namizədlər üçün tələblər:
1. Bakalavr və ya magistr təhsilini başa vurmuş, və ya hal-hazırda təhsil almaqda olan gənclər;
2. İngilis dilini mükəmməl bilən, alman və ya fransız dillərindən ən azı birində sərbəst danışan gənclər;
Təcrübə proqramında iştirak etmək istəyənlərdən ingilis dilində hazırlanmış CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. CV-lər namizədin şəkli əlavə olunmaq şərti ilə Europass (http://bit.ly/1bflrn4) formatında olmalıdır. Təcrübə proqramına seçilənlərin Brüsseldə yaşayış və günlük xərcləri ödənəcək.
Təcrübə müddəti: may, iyun, iyul 2015-ci il
Sənədlərin qəbulu üçün son tarix: 12 aprel 2015-ci il
