“AXIN” İctimai Birliyi İctimaiyyətlə Əlaqələr Komitəsi heyətinin seçiminə start verdi!
İctimaiyyətlə Əlaqələr Komitəsi ictimaiyyətlə əlaqələr və kommunikasiya sahələrində şəbəkəni dəstəkləmək üçün yaradılmış AXIN`nın orqanıdır.
İƏK-nın missiyası AXIN şəbəkəsi çərçivəsində yerinə yetirilən layihələrin görünüşünü və təsirini artırmaqdır. AXIN İctimaiyyətlə Əlaqələr məsul şəxsi İƏK-nin rəhbəridir.
Heyətin seçimində aşağıdakı bacarıqlara üstünlük veriləcək:
•Yeni media və sosial şəbəkələrdə işləmə bacarığı;
•Press-reliz yazma bacarığı;
•Komanda ilə işləmək bacarığı;
•Kreativlik;
•Məsuliyyətli;
•Yeniliklərə və inkişafa açıq.
Komitə heyəti aşağıdakı vəzifələrdən ibarətdir:
1) Sosial şəbəkələr üzrə məsul şəxs – 3 nəfər
2) Veb-səhifədə məlumatların yenilənməsi üzrə məsul şəxs – 1 nəfər
3) Mətbuat üzrə məsul şəxs – 2 nəfər
Ərizə formasını doldurmaq üçün aşağıdakı linkə daxil olun:
http://goo.gl/forms/
Müraciət üçün son tarix: 15.11.2014
Ərizəçilər müsahibə nəticəsində seçiləcək!
AXIN-İctimai Birliyi
Tel: (+99412) 408 29 54, (+99450) 449 50 48
Ünvan: Səbail rayonu,Mehdi Hüseyn 1A (Milli Məclisin yanı)
