ƏSAS SƏHİFƏ

Aygül Rüstəm – OYUN VƏ UŞAQ

Aygül Rüstəm

OYUN VƏ UŞAQ
1.Xülasə
Bu araşdırmada siz oyun və oyunun növləri,oyunun mədəniyyətə təsiri haqqında məlumat
alacaqsınız.Həmçinin bu yazıda bir çox tanınmış alimin oyuna olan münasibəti və oyunun uşağın həyatına
təsiri haqqındakı fikirlərini də dərindən mənimsəməyinizə çalışılıb.Piagetin,oyuna olan münasibətinə geniş
yer verilib. Uşağın xəyal dünyasında oyun vasitəsilə körpü qurarlar,inkişaf etdirərlər və böyüdərlər. Uşaq
oyunları uşağın inkişafında,təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur.Uşaq lazımlı olan
davranışı, bilgi ve bacarıqlarını oyun içərisində öz- özlüyündən öyrənir.Uşağın şəxsiyyəti oyun içərisində
daha da ortaya çıxır və inkişaf edir.Oyun fiziki,sosyal,zehni psixoloji və emosional tərəfdən uşağa təsir edir
və inkişaf etməsində böyük rol oynayır.
Açar sözlər: Oyun,Oyunun tərifi,oyunun uşağın fiziki və psixomotor inkişafına təsiri,Jean Piaget oyun
haqqinda teoremi,Novleri,Medeniyyet ve oyun.
2. Oyun
2.1 Oyunun tərifi
Oyunun nə olduğu haqqında keçmiş zamanlardan bir çox məqamlara toxunulmuşdur.Bütün bu məsələlər
arasında ən önəmli ortaq nöqtə odurki oyun uşağın həyatında çox vacib bir rol oynayır.Oyun haqqında bir
çox deyilənlər var.
Oyun daxili olaraq nəzərə çarpan müəyyən bir məqsədi olmayan yetişkinlər tərəfindən deyil də,uşağın
göstərdiyi qanunlara bağlı olaraq özündən inkişaf edən zövq ünsürü daşıyan davranışlarda ortaya cıxan bir
çağırışımdır.1
Piagete görə oyun bir uyğunlaşmadır.2
Grossa göre oyun bir praktikadır. Gələcəkdə
qarşılaşılabiləcək davranış formaları oyunla əldə edilir.3
Geniş adıyla oyun,müəyyən bir məqsədə istiqamətli
olan ya da olmayan,qanuni ya da qanunsuz doğrulana bilən fəqət hər vəziyyətdə uşağın istəyərək və
bəyənərək yer aldığı fiziki,zehni,dil,emosional və sosyal inkişafa təməl olan həqiqi həyatın bir parçası və
uşaq üçün ən aktiv öyrənmə müddətidir. 4
2.2 Oyunun usagin fiziki ve psixomotor inkisafina tesiri
Oyun müddətində uşağın bütün bədəni hərəkət edir.Oyun zamanı uşağın bütün böyük və kiçik əzələləri
sıxılma,rahatlanma,davamlı işləmək halındadır.Hərəkətli oyunlarda qan dövranı aktivləşir,ürək
döyüntülərinin sayı aktivliyi artır nəfəs almaq aktivliyi isə normanın üstüne çıxır.5
Bunun müqabilində qana
bol oksigen keçir,qan axışı yolu ilə toxumalara daha çox oksigen və qida çatır.Bədən oyun sırasında tərliyir
və zərərli maddələr xaric olunur tər vasitəsilə.Oyun başlıca psixomotor bacarıqlar olan
1
Prof.DR.Haluk Yavuzer (Anne baba tutumlari sh.10)
2
Doc.DR Halil Eksi ( Anne baba tutumlari sh.15)
3
http://www.atasozleri.gen.tr/ilgili/oyun/
4
Diane E.Papalia,Sally Wendkos Olds,Ruth Duskin Feldman -A child’s world: Infancy through adolescence 8th editionMcGraw
-Hill; 5
Çocuklarla Doğru İletişim sh.5 Sabiha Paktuna Keskin (#99483221)
1güc,surət,diqqət,koordinasiya,və elastikliyin inkişafı üçün ideal bir vasitədir.Oyunda hərəkətlərin davamlılığı
və təkrari bədənin performansını artırır.Diqqəti və yaddaşı güclənir.Davamlı olaraq etdiyi hərəkətlər
bədəninin elastikliyini artırır və daha sağlam olmasına gətirib çıxarır.Bundan başqa oyun usağın
emosional,dil öyrənmə və başqa bacarıqlarını inkişaf etdirməsində böyük rol oynayır. Kompyuter oyunları
da oyun oynamada xüsusi yer tutur.
2.3 Jean Piagetin oyun haqqında teoremi
Piagetin oyun teoremi koqnitiv inkişafına söykənir.Oyunu sturuktual olaraq ələ alan Piagete görə oyun,insan
davranışında tapılan və uşağın koqnitiv inkişafını dəstəkləyən bir ünsürdür.Piaget oyunu 3 mərhələdə
araşdırıb izah edir.Bu mərhələlər alışdırmalı oyun,simvolik oyun,qanunu oyundur. 6
1) Alışdırmali oyun (0-2 yaş)
Bu mərhələdə motor fəaliyyətlər,ən öndə olan xüsusiyyətidir.Əmmək,əlləri açıb bağlamaq və digər bədənsəl
fəaliyyətlər motor fəaliyyetləridir.Bu fəaliyyətlər,uşaq üçün hardasa bir oyundur və bu bədənsəl
fəaliyyətlərin doydurulması təkrarlanmasına səbəb olur.4 aylıq olarkən yaxınında olan bütün obyektləri
tutur,yellədir,atır.Alışdırma oyunlarında uşaq nələr edə bildiyini isbatlayır.Etdiklərindən zövq alır və bu
hərəkətləri təkrarlayır.
2) Simvolik oyun (2-7 yaş)
Simvolik oyun təmsili düşünmənin əsasını təşkil edir.Bu dönəmdə həqiqətdə olan vacib hadisələri oyunda
istifadə edir,ancaq oyunda həqiqətə uyğunlaşma zəruriliyi olmadığından hadisələr dəyişiklikliyə uğrayaraq
oyuna yansıya bilir.Uşaq oyunlarındakı simvollaşdırma iki formada görülür.
a) Bir fəaliyyətin bir obyektdən digərinə keçirilməsi.Məsələn yemək fəaliyyətini körpəsinə yemək verməkdə
tətbiqi,sopanı at yerində istifadə edilməsi,qazan qapağının rol olaraq istifadə edilməsi,telefon istifadə edirmiş
kimi davranması.
b)Uşağın başqa birinin rolunu üzərinə götürməsi.Məsələn avtobus şoferi,həkim,ana,ata kimi rolları icra
etməsi.Simvolik oyun müddətində,əsaslıca da 2-4 yaş müddətində xəyalı insanları qatdıqları oyunlar
oynandığı da göz önüne alınıb.Misal üçün bacı-qardaş istəyən biri xəyali birini,yaxud da öz günahlarını
boynuna atmaq üçün xəyali bir dost yaratması da nəzərdən qaçmır.Simvollaşdırma bacarığı yaş artdıqca
inkişaf edir.Uşağın oyunda koqnitiv bacarıqlarda göstərdiyi fəaliyyəti nəticəsində zehni daha məntiqli
düşünməyə başlayır.
3) Qanunu oyun (7-12 yaş)
Bu mərhələnin daha irəli bir koqnitiv fəaliyyətinin lazımı olduğunu Piagete görə məntiqli düşünmə,uşaqların
yalnızca obyektlərlə maraqlanmaları da olmaz.Məntiqli düşünmə,uşaqların digər uşaqlarla oynamasında
daha da inkişaf edir.Qanunu oyun mərhələsində davam etməkde olan drammatik oyunlarda qanunlar
var.Həqiqi ayrıntılara diqqət edilməkdədir.Bu mərhələdə,oyunun qanunları və qanunlara riayət etməyənlərə
6
Prof.Dr.Ozcan Koknel
2veriləcək cəza böyük önəm daşıyır.Oyunda qanunlara tabe olaraq sosyal normalara uyğun davranmağa da
başlayır.11-12 yaş ərəfəsindən sonra yeniyetməlik və yetişkilikdə də qanunlu oyun əsasları görülür.7
2.4 Oyunun növləri
Oyun növlərini qrupda araşdırmaq olar.
Xarakterinə görə oyunun növləri
Funksiyon oyunları
Xəyal oyunları
Qrup Oyunları
1)Xarakterinə görə oyunun növləri
Funksiyon oyunlari
Uşağın ilk hərəkətləri,koqnitiv və kontrolsuz olur.Uşağın şüursuz etdiyi bu hərəkətlər,onun gələcəkdə etdiyi
yerimə,qaçma,tullanma tutmaq kimi təbii və şüurlu hərəkətləri edə bilməsi ve orqanlarını kontrol altına ala
bilməsi üçün alışdırmaq xüsusiyyətindədir.Uşağın ilk şüursuz və sadə hərəkətləri onun üçün oyundur.Elə
onun ilk hərəkətləri ilk alışdırmalar veya ilk funksiyon oyunları deyilir. Uşağın ilk hərəkətləri,həqiqi bir
oyun xarakteri daşımır. 8
Xəyal oyunlari
Funksiyon oyunların müddəti qısa davam edir.Üç yaşından sonra,xəyal gücünə istinad edən oyunları
oynamağı sevir.Oyuncaqları ilə danışır,onlarla canlıdırlaşmış kimi yanaşırlar.Qız uşaqları kuklalarını
yatızdırır, dəcəllik etdiklərində cəzalandırırlar. Oğlan uşaqlari isə sopadan olan atlarına minirlər,polis olub
cinayətkarları yaxalayırlar,kubiklərdən körpülər,yollar düzəldirlər.Uşaq bu cür oyunlarda özünü başqasının
yerinə qoyur,gizli duyğu və düşüncələrini ortaya bu yola çıxardır.Balacalığını və gücsüzlüyünü belə oyunlar
oynamaqla aradan qaldırır,çünki bu oyunlarda güclü insanı özü oynayır.Burada əsas olan oyuncağı tam
həyatdakına bənzətmək deyil önəmli olan odurki uşağın xəyal gücünü genişləndirəsən.Misal üçün stulları
düzüb onlardan qatar düzəltmək olar və uşaq özünü bu qatarla istədiyi yerə apara bilər təbiiki xəyal gücünün
köməyi ilə.
9
Qrup oyunları
Uşaqların birlikdə oynadıqları oyunlara qrup oyunları deyilir.Uşaqların qrup oyunlarına yönəlmələri 5-6
yaşlarında başlayır.Artıq oyuncaqları ilə tək başına sıxılan uşaq ətrafı tanimağa insanlarla münasibətə
başlayır.Qrup oyunlarında yaş və güc tərəfindən üstün olan uşaqlar oyunda lider olurlar.Bu qrup oyunlarında
7
Çocuk Gelişimi – Laura E. Berk – İmge (#99188837)
8
http://search.yahoo.com/search;_ylt=A0oG7iTpKslSpn0A.C1XNyo…
9
http://childdevelopmentinfo.com/c…/play-work-of-children/pl1
3yaranan bir qanunauyğunluqdur.Qrup oyunlarında uşaqların diqqəti yayılmasın deyə oyun müddəti çox uzun
olmamalıdır. 10
3.Mədəniyyət .Oyun və mədəniyyət arasında təsir.
Hər cəmiyyətin özünə uyğun mədəniyyəti var.Mədəniyyət keçmişdən bu günə uzun bir yol
keçmişdir.İnsanlar mədəniyyəti özləri yaradır və arxasınca ona tabe olurlar.Mədəniyyət insan həyatında
güclü təsirə malikdir.Bunu nəzərə alaraq oyuna da təsirindən danışmaq mümkündür.Hər cəmiyyət uşağa
körpəliyindən gələcəyi kimi baxır və uşaqların hər formada inkişafında öz mədəniyyətlərini geniş şəkildə
təbliğ edirlər.Oyunların öyrədilməsində mental dəyərlər xüsusi yer tutur. Buna misal göstərə bilərik,məsələn
Azərbaycanda və bir çox ölkələrdə hansıkı daim kişi və qadın fərqi geniş şəkildə əks olunur orada seçilən
oyuncaqlarda belə deyilir ki kukla ilə qız,maşın ilə oğlan oynamalıdır və başqa bunun kimi
göstəricilər.Mədəniyyət hər anlayış kimi oyuna da böyük təsir göstərir.Uşaq oyunu mədəniyyətdən
mədəniyyətə fərqlidir.Hətta mədəniyyətlərdə oyuncaqlar belə fərqli istehsal olunur.11 Həmçinin oyun bir
xalqın mədəniyyətini öyrənmək üçün ən əsas vasitədir.Oyun fərqli mədəniyyətlərin əsasını təşkil edir.Qərb
uşaqları daha çox qrup və sosial oyunlar oynayırlar,Şərqdəkilər isə daha çox azad oyunları
oynayırlar.Korean-Amerikan uşaqları,Anglo-Amerikan uşaqlarından daha az oyun oynayan və daha az sosiol
görünürlər.İnsan həyatı heçnədən asılı olmadan mədəniyyətinə tabedir.
3. Conclusion
Nəticədə onu deyə bilərəm ki,oyun uşağın boş vaxtlarını doldurmaq üçün vasitə olaraq görülməməlidir.Bəzi
yetişkinlərin oyunu bu formada düşündükləri nəzərə çarpır.Halbuki oyun həqiqi və vacib bir təhsil
vasitəsidir.Oyun uşağın xəyal gücünü,yaradıcılığını inkişaf etdirir,insan münasibətlərini,köməkləşmə
aktivasiyasını artırır.Uşağa məcburi öyrədilən çox sayda qayda oyun sırasında daha asand yolla öyrədilə
bilər.Qısacası oyun insanın özünü göstərə bildiyi ən asand yoldur və təhsilin bir parçasıdır.Düşünürəm ki
uşaqlarla erkən yaşlarından oynanılan oyun yaradıcı və intellektual olmalıdır.Oyunda yüksək dərəcəli
qadağalar olmamalıdır çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə
bilavasitə gətirib çıxara bilər.Mədəniyyətlər nə qədər fərqli olsa da insan dediyimiz varlıq hamısı eynidir ve
hamısı ilə eyni münasibət qurulmalı erkən yaşlarından bütün mədəniyyətə sahib dövlətlərdə uşaqla uşaq kimi
davranılmalı ve diqqət qayği göstərilməlidir.Bu nəticəyə gəldimki uşaqlar lap uşaq yaşlarından düzgün yolla
düzgün oyunlara istiqamətləndirilməli ve oyun növləri düzgün seçilməlidir.Hətta qüsurlu uşaqlar belə oyun
üçün cəlb olunmalıdır və onlara uyğun formada tedris olunmalıdır nə də olsa fərqi yoxdur qüsurlu yaxud
10Psikolog Yasemin Yalçın Aktosun
11http://educ350-shima.blogspot.com/2010/11/culture-and-childrens-play.html
4sağlam uşaqların hamısı çox dəyərlidir. Sonda yazımı Piajetin gözəl bir sözü ilə bitirmək istəyirəm “ Oyun
uşagın ən önəmli işidir”.
References :

Aral N., Kandır A., Yaşar M.C.: Okul Öncesi E-ğitim ve Okul Öncesi Eğitim Programı. Gelişti-rilmiş
2.Baskı, Ya-Pa Yayın Pazarlama, s.89, İstanbul 2002.

Özer D.S., Özer K.: Çocuklarda Motor Gelişim. Kazancı Kitap Tic. A.Ş., s.12, İstanbul 2000.
. Sel R.: Okulöncesi Çocuklarına Oyunlar-Rond-lar. Ya-Pa Yayın Pazarlama, s.9, İstanbul 2000

Diane E.Papalia,Sally Wendkos Olds,Ruth Duskin Feldman -A child’s world: Infancy through
adolescence 8th edition-McGraw -Hill;

http://www.hepcocuk.com/kitap-135805-cocuk-gelisimi.html

http://mimesis-dergi.org/…/oyunun-tanimi-ve-toplum-yasanti…/

Aygül Rüstəm.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı