Aylıq foto müsabiqə “SU,TORPAQ,OD,KÜLƏK”

Aylıq müsabiqə
SU,TORPAQ,OD,KÜLƏK.
Novruz bayramı — Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb.
Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayramıdir. Bu gün də həvəslə təşkil olunan mərasimlərin tarixi, söykəndiyi qaynaqlar istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.
• Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
• İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar.
• Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
• Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
“Su, od, yel, torpaq” mövzusu mart ayına təsadüf etməsi, yaradıcı fotoqraflara hər biri ayrı-ayrılıqda olmaqla maraqlı kompazisialar işləməyə imkan verəcəkdir. Kompazisiya qurmaq istisna deyil.Təqdim olunan fotolarda sadalanan dörd elemendən ibarət istənilən fotolar qəbul olunacaq.Fotolar fotoaparatla çəkilməsi mütləqdir.
Hər biri ayrı-ayrılıqda və ya ümumiləşdirilmiş fotolar göndərə bilərsiniz
Bu ayın mövzuna görə (su, od, yel, torpaq) 4 mükafat təsis olunacaq.
Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq.Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1200 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müəlifin öz seçimindən asılı olaraq. Müsabiqəyə fotolar 26 mart tarixinə kimi təqdim olunmalıdır. Münsiflərə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif özü haqda məlumatı (ad,famili,fotonun adı) yerləşdirməlidir. Fotolar müsabiqə elan olunduğu ayda və bu ildə cəkilməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində realıqdan kənara şıxmamaq şərti ilə redaktə qəbul olunur. Təqdim olunmuş fotolar Facebookda AFB Ayliq Musabiqe bağlı səhvədə yerləşdiriləcək. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaq.
Aylıq müsabiqənin kordinatoru Fərqanə Qasımlıdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here