CƏMİYYƏT 2021.01.13 20:15

Aynur Sofiyeva onlayn vətəndaş qəbulu keçirəcək

37

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 22 yanvar 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.

Komitədən verilən məlumata görə, onlayn qəbul Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Naftalan, Tərtər rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.

Əlavə suallar yarandıqda Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 245 30 13 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı