Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
Təklif olunacaq eskiz və layihələr noyabrın 18-dən etibarən Akademiyanın Muzey – Sərgi Kompleksinin [email protected] e-mail ünvanına və ya H.Əliyev prospekti 24 ünvanına göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təkliflərin göndərilməsi üçün son müddət dekabrın 31-dir.
Müsabiqədə istənilən şəxs iştirak edə bilər.
Təqdim olunan təkliflərə komissiya tərəfindən 31 yanvar 2015-ci il tarixinə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaq.
Məlumat üçün əlaqə telefonu (012) 566-56-69 ( Muzey – Sərgi Kompleksi )
