ƏSAS SƏHİFƏ

Azərbaycan “Eurovision”da neçənci yeri tutacaq?

658

Dünyanın nüfuzlu bukmeykerləri proqnoz verdi.

Nüfuzlu bukmeyker kontorları William Hill və BETFAİR bu il keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin nəticəsi haqqında öz proqnozlarını açıqlayıb.

Siyahıda 40 ölkə yer alıb.

Proqnozlara görə, qələbəyə ən yaxın namizəd İtaliyanın “Il Volo” qrupuna məxsusdur. Estoniyanı təmsil edəcək Elina Born & Stig Rasta, finlandiyalı rokerlər Daun sindromlu xəstələrdən ibarət olan “Pertti Kurikan Nimipäivät” qrupları ilk yerlərə ən şanslı hesab edilənlərdir.

Azərbaycan bu siyahıda Ermənistanı qabaqlayaraq 8-ci sırada yer alıb. Adətən bukmeykerlərin verdiyi proqnozlar düz çıxır.

Keçən il hər iki ofis avstriyalı saqqallı müğənni Konçita Vurstun birinci yeri qazanacağını təxmin etmişdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı