RƏSMİ 2020.09.16 17:40

Azərbaycan heç vaxt imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın – Xələf Xələfov

19

Azərbaycan heç zaman imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın. Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq.

Nazir müavini qeyd edib ki, Azərbaycan daim inkişaf edir, ordusu güclənir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir”.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirən nazir müavini bunun təxribat olduğunu vurğulayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı