Azərbaycan idmançısı K-1 üzrə dünya Qran-Prisinin çempionu olub

Yaponiyanın Saytama şəhərində keçirilən “K-1 World Grand Prix-2017” turnirində çıxış edən Azərbaycan kikboksçusu Çingiz Allazov ardıcıl üç qələbə qazanaraq çempion olub.

Kikboksçumuz dörddəbir finalda yaponiyalı K-1 ustası Xiroki Nakadjimaya ikinci raundda nokautla qalib gəlib. Yarımfinal döyüşündə isə idmançımız “Mike’s Gym” klubunu təmsil edən Yordan Pikeri üçüncü dəqiqədə nokautla məğlub edib.

Ç.Allazov final döyüşündə turnirin favoritlərindən hesab edilən Yaponiya təmsilçisi Sanni Daxlbeki üzərində qələbə qazanıb və yarışın ən yaxşı döyüşçüsünə verilən kəmərə sahib olub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here