ƏSAS SƏHİFƏ

Azərbaycan ilə Misir arasında mədəniyyət sahəsində əməkdaşlıqda gənclərin rolu müzakirə edilib

433

Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda olub.

Fondun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun tarixi, gənclər üçün yaradılan şərait, elm, təhsil, mədəniyyət və digər sosial sahələrdə həyata keçirilən layihə və proqramlardan söhbət açıb.

Ahmed Sami Elaydi də Mərkəzin Azərbaycanda 15 illik fəaliyyəti barədə məlumat verib.

Söhbət zamanı iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın yaradılması, elm və təhsil sahəsində işbirliyi, birgə layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.

Misir Mədəniyyət Mərkəzinin müdiri, həmçinin Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının işıqlandırılmasında misirli jurnalistlərdən ibarət nümayəndə heyətinin də iştirak edəcəyini diqqətə çatdırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı