CƏMİYYƏT 2020.07.07 02:02

Azərbaycan kəndləri boşaldılır – Bölgədə qorxunc tendensiya

153

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin 360 kəndində artıq yaşayış yoxdur.

Bu barədə, Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi məlumat verib.

İran hakimiyyətinin Azərbaycan türklərə qarşı yürütdüyün ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaşayan əhali iqtisadi problemlərdən dolayı, öz yaşayış yerlərini tədricən tərk edir. İşləmək üçün fars bölgələrinə köçür. Bunun nəticəsində isə hər il onlarla Azərbaycan kəndi boşalır. Bu problem uzun illərdir ki, öz həllini tapmır.

Həmədan valiliyi 2016-cı ildə əyalətin 320 kəndinin boşaldığını açıqlamışdı. Qeyd edilmişdi ki, Həmədan əyalətində son illərdə əhalinin köç etməsi nəticəsində kənd sakinlərinin sayı 30 faiz azalıb.

Teleqraf.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı