İDMAN 2021.01.13 23:55

Azərbaycan komandası “World Masters” turnirini 8-ci yerdə başa vurub

39

Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu “World Masters” turniri başa çatıb.

Trend xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar. Milli komandamız beynəlxalq yarışda iki gümüş medal qazanmaqla, ümumi komanda hesabında səkkizinci yeri tutub.

İlk üç yerdə Fransa (5 qızıl, 1 gümüş, 1 bürünc), Cənubi Koreya (3 qızıl), Yaponiya (2 qızıl, 5 gümüş) komandaları qərarlaşıblar.

Qeyd edək ki, turnirdə 7 cüdoçumuz mübarizə aparıb. Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıblar. Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı