İDMAN 2019.12.04 19:12

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

101

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, 1/8 finalın son oyununda “Zaqatala”nı 2:0 hesabı ilə üstələyən “Sumqayıt” növbəti raunda vəsiqə qazanıb. Qolları 19-cu dəqiqədə penaltidən Rəhim Sadıxov, 70-ci dəqiqədə isə Əmir Ağayev vurub.

1/4 final

15/16-19/20 dekabr

  1. “Qəbələ” – “Sabah”
  2. “Səbail” – “Zirə”
  3. “Neftçi” – “Sumqayıt”
  4. “Qarabağ” – “Keşlə”

1/2 final

22 aprel/29 aprel

  1. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
  2. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final

16 may

  1. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Qeyd edək ki, “Keşlə” “Kəpəz”i 3:1, “Zirə” “Qaradağ Lökbatan”ı 4:0, “Sabah” isə “Ağsu”nu 5:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı