İQTİSADİYYAT 2020.05.16 12:07

Azərbaycan nefti bahalaşdı

29

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 32,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 30,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 30,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,85 dollar/barel çoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı